ƏDV-dən azad edilən malların siyahısı genişləndirilib
Bakı/29.08.19/Turan: Avqustun 28-də Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklərin edilməsinə dair qanun imzalayıb, dəyişikliyə əsasən,ƏDV-dən azad edilən malların siyahısına kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələri də daxil edilib.
ƏDV ödənişindən (malın dəyərinin 18%-i) kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələrinin həm istehsalçıları, həm də idxalçıları azad edilib. Həmçinin kənd təsərrüfatı maşınları üçün ehtiyat hissələrinin satışı da ƏDV ödəməsindən azad edilib. Vergi imtiyazının bu norması üçün vaxt məhdudiyyəti nəzərdə tutulmur. Qanunun tətbiqinə dair avqustun 28-də verilən fərmanda dövlət başçısı Nazirlər Kabinetinə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin müvafiq siyahısını üç ay müddətində təsdiq etməyi tapşırılıb.
Vergi Məcəlləsinə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalına aid bir çox malların idxalı və satışı ƏDV-dən azad edilib. Bura suvarma texnikası və qurğular, damazlıq heyvanlar, toxum və tinglər, mineral gübrələr və pestisidlər, quşçuluq və arıçılıq üçün avadanlıqlar, o cümlədən laboratoriya avadanlıqları, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatları daxildir.
Həmçinin quş ətinin satışı (2017-ci ilin yanvarından başlayaraq 3 il), buğdanın idxalı və satışı, çorək istehsalı və satışı üçün (2017-ci ilin yanvarından başlayaraq 4 il) möhlət də qüvvədədir. --0--
-
- Cəmiyyət
- 29 Avqust 2019 10:58
-
- İqtisadiyyat
- 29 Avqust 2019 11:26
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz