Mətbuat-Monitorinq 28.08.15
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün əlavə olaraq 3 milyon manat vəsaitin ayrılması haqda sərəncamının mətnini ilk səhifələrdə yerləşdiriblər.
“Azadlıq” qəzeti rəsmi Ankaranın rəsmi Bakıdan “Gülən şəbəkəsi” və PKK təmsilçilərini sıradan çıxarmaq tələbini rəsmi Bakı üçün parlament seçkiləri öncəsi “iqtidarın dilemma önündə qalması” kimi manjetə çıxarıb.
Bir qrup jurnalist avqustun 8-də döyülən, avqustun 9-da xəstəxanada dünyasını dəyişən jurnalsit Rasim Əliyevin müalicəsində səhlənkarlığa yol verən həkimlərin məsuliyyətə cəlb olunması üçün Səhiyyə Nazirliyinin önündə aksiya keçiriblər.
AŞPA prezidenti Ann Brasser jurnalist Xədicə İsmayılın hakim Əliyevlər ailəsinin biznesindən yazdıqdan sonra şantaj edildiyi haqda bəyanat səsləndirib.
Sürüşmə nəticəsində evləri qəzalı duruma düşən Zığ qəsəbəsinin bir qrup sakini Nazirlər Kabinetinin önündə aksiya keçirərək baş nazirin müavini Abid Şərifovla görüş tələb ediblər.
İxracının 61%-i Avropa İttifaqına bağlı olan Azərbaycanın bu ölkələrlə qarşıdurmada olmasına qəzet “Qərb Azərbaycana iqtisadi fəlakət yaşada bilər” şərhini verir.
Ekspertlər rəsmi Bakının İnternet messencerlər və sosial şəbəkələrin sertifikatlaşdırmaq səylərini “vətəndaşın yox, inhisarçıların qazanacağını artırmağa hesablanan addım” kimi dəyərləndiriblər.
“Ekspress” dərman qiymətləri hələ enmədən bəzi dərmanların apteklərdən “yoxa çıxmasını” “dərman biznesinin müqaviməti” kimi önə çəkib.
“Exo” ekspertlərə isnadən ölkədə 50 min nəfərdən çox evsiz-eşiksiz vətəndaşın olmasına baxmayaraq, onlar üçün sığınacağın olmamasını diqqət mərkəzinə çəkib.
“Novoe Vremya” NATO-nun Qafqaza can atmasını ön plana çıxarıb.
Qəzet hələ qiymətlər tənzimlənməmiş bəzi dərmanların apteklərdə olmamasını “inhisarçıların dərman “aclığı yaratması” kimi dəyərləndirir.
“Bizim yol” rəsmi Bakının sosial şəbəkə vasitələrini sertfikatlaşdırmaq istəməsi səylərini “hökumətdən sosial şəbəkələrlə sensayiyalı qərar” kimi ilk səhifəyə yerləşdirib.
Jurnalist R.Əliyevin qətlində adı hallanan futbolçu Cavid Hüseynovun ev dustaqlığına buraxılması iddiasını Səbayel Rayon Məhkəməsi təmin etməyib.
“Yeni Müsavat” dövlət başçısının parlament seçkilərinə hazırlıqla bağlı bu cün sərəncam verə biləcəyi ehtimalını ilk səhifəyə çıxarıb.
Mayın 19-da Binəqədi rayonunda kürləvi ölümlə müşayiət edilən binanın yanması ilə bağlı istintaq vəzifəli şəxslərin istintaqa cəlb oluna bilməməsi səbəbindən yekunlaşa bilmir.
Dünya bazarında neftin kəskin ucuzlaşmasına toxunan ekspertlər bu ilin sonuna kimi Azərbaycanın ehtiyatlarının ən azı 5 milyard dollar azalacağı barədə xəbərdarlıq edirlər.
-
- Foto sessiyalar
- 28 Avqust 2015 03:46
-
- İqtisadiyyat
- 28 Avqust 2015 12:46
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz