Mütəllim Orucov
Müxalif fəal həbsxanada aclığa başlayıb
Bakı/13.02.23/Turan: 2021-ci ilin iyununda Azərbaycana Almaniyadan readmissiya olunduqdan sonra narkotik ittihamı ilə 7 il azadlıqdan məhrum edilən müxalif fəal Mütəllim Orucov fevralın 12-də həbsdə aclığa başlayıb.
Vəkil Nemət Kərimli bildirib ki, Orucovun aclıq etməsi həkimə əlçatımlılığının olmaması ilə bağlıdır.
"O, əvvəllər korornavirus olub və bu xəstəlikdən sonra ağ ciyərlərində problemlər yaranıb. Təcridxanada həkimə əlçatımlılığı olmadığına və çoxadamlı kamerada saxlanılmasına etiraz olaraq aclıq edir. Onun olduğu kameradakı insanların əksəriyyəti siqaret çəkir. Bu da onun sağlamlığına ağır təsir edir", deyə vəkil qeyd edib.
Orucov Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.
"O, yüksək təzyiqdən, sinə ağrılarından və meningitdən əziyyət çəkir. Dünən bununla bağlı axırıncı dəfə müraciət edib ki, tibbi yardım alsın, amma heç kim baxmır deyə etiraz olaraq aclıq aksiyasına başlayıb", bunu isə Orucovun ailəsindən bildirblər.
Penitensiar Xidmətdən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Mütəllim Orucov ötən il oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Orucovu 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
O, deportasiya olunandan 4 ay sonra böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib.
Mütəllim Orucov ittihamları qəbul etmir və siyasi sifariş hesab edir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. 03
-
- Təhlükəsizlik
- 13 Fevral 2023 13:58
Cəmiyyət
-
Abşeron rayonundakı müəssisələrdən birində baş verən insident nəticəsində bir Hindistan vətəndaşı ölüb, digəri xəsarət alıb. Bu barədə yanvarın 13-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
-
Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib.
-
Çərşənbə axşamı Bakıda hava şəraiti dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
Rəy yaz