Naxçıvanda İnternet-klublar bağlanır
Cümə günündən etibarən Naxçıvanda İnternet-klubları bağlamağa başlayıblar. Klub sahiblərinin sözlərinə görə, bu göstəriş Naxçıvanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən daxil olub.
Bu zaman qərarın səbəbləri haqqında məlumat verilmir. Şənbə günü Naxçıvanın digər şəhər və kəndlərində də İnternet-klubların bağlanması davam edib.
Yerli müxalifətçilər hesab edirlər ki, bu tədbirlər qarşıda duran prezident seçkiləri ilə bağlıdırı, belə ki, son vaxtlar Naxçıvanda fəal sosial şəbəkə istifadəçilərinin sayı artıb və hakimiyyət İnternet vasitəsilə kütləvi etirazların təşkil ediləcəyindən qorxur. -0-
Cəmiyyət
-
Sentyabr 16-da Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin protokollarını Konstitusiya Məhkəməsinə təqdim etdi. Seçkinin gedişi ilə bağlı bir çox şikayətlər olsa da, MSK heç bir dairədə nəticələrə təsir etməməklə, ümumilkdə 40-dan çox məntəqədə nəticələri ləğv elədi. Bu qurum seçkilərin yüksək səviyyədə keçirildiyini açıqladı. Amma bir sıra müxalifət qüvvələri də bildirdilər ki, seçkilər əvvəlcədən hazırlanan siyahılar əsasında gerçəkləşib.
-
Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq, bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Qalib komanda Azərbaycanı ABŞ-də təmsil edəcək Bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən “Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edəcək. Tədbir ölkənin lider mobil operatoru Azercell-in sponsorluğu ilə sentyabr ayının 19-u ADA Universitetində baş tutacaq.
-
Abunəçilər artıq Azercell-in Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib. 16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.
Rəy yaz