NİDA fəalı 10 gün müddətinə həbs edilib (YENİLƏNİB)
Nərimanov rayon məhkəməsi mayın 27-də NİDA hərəkatının fəalı Anar Abdullanı polisə tabe olmama ittihamı ilə 10 gün müddətinə həbs edib, xəbəri NİDA hərəkatı yayıb.
Təşkilat həmçinin Abdullanın həbsindən əvvəl çəkilmiş videomüsahibəsini yayıb. Müsahibədə fəal bildirib ki, hələ mayın 24-də evinin yaxınlığında polisin onu izlədiyini görüb.
O bildirib ki, heç bir cinayət törətməyib və onu həbs etsələr, bu, siyasi sifarişdir.
Xatırladaq ki, bu gün günorta Abdulla 18-ci polis bölməsinə aparılıb. O, mayın 10-da Heydər Əliyevin abidəsində “Qul bayramınız mübarək” və “Rədd olsun sistem!” şüarları yazıldıqdan sonra saxlanılan beşinci gənc fəaldır.
Bu hadisədən bir gün sonra NİDA fəalı Bayram Məmmədov və “Sol cəbhə”nin üzvü Qiyas İbrahimov həbs edilib, onlar böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunub.
Mayın 25-də NİDA fəalı Amid Süleymanov və fotoreportyor Elnur Muxtar saxlanılıb, onlar 10 gün müddətinə həbs edilib. -05C06-
2016 May 27 (Cümə) 13:53:53
Bu gün NİDA Hərəkatının gənc fəalı Anar Abdulla saxlanılaraq Nərimanov rayon 18 saylı polis bölməsinə aparılıb. Bu barədə NİDA Hərəkatından bildirilib.
Hazırda polis bölməsində olanvəkil Şəhla Hümbətova saxlanmanın səbəblərini aydınlaşdırmağa çalışır. Lakin polisdə A.Abdullanın orada olmasını inkar etmək istəyirlər, baxmayaraq ki, vəkil özü orada onu görüb və Turan-ın müxbirinə bildirib.
Qeyd edək ki, bu, mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək!” sözləri yazılandan sonra saxlanılan beşinci gənc fəaldır.
Bir gün sonra NİDA fəalları Bayram Məmmədov və “Sol cəbhə” üzvü Qiyas İbrahimov həbs edilib. Onlar böyük miqdarda qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunublar.
Mayın 25-də NİDA fəalı Amid Süleymanov və fotoreportyor Elnur Muxtar saxlanılıb. Onlar 10 sutka həbs ediliblər. 05C06-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz