
Ölkə boyunca qar yağır
Yanvarın 24-də səhər Azərbaycan ərazisində qar yağıb, bəzi yerlərdə yağıntı intensiv olub.
Qar örtüyünün maksimal hündürlüyü Qaxda 45 santimetr, Böyük və Kiçik Qafqaz dağlarında 29-12, aran rayonlarında 7-5, paytaxtda 1 santimetr olub.
Yağıntı ilə yanaşı saniyədə 18 metr sürətlə şimal-qərb küləyi əsir. Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatır.
Havanın temperaturu Bakıda və Abşeronda sıfır dərəcəyə yaxın, aran rayonlarında mənfi 2-5, dağlıq ərazilərdə mənfi 7 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə mənfi 15 dərəcədir.
Rəy yaz