Aftermath of suspected Jordanian airstrike on what is given as Sweida
Suriya İordaniyanın onun ərazisinə hava zərbələri endirməsi üçün heç bir əsasın olmadığınə bəyan edib
Reuters: Suriya çərşənbə axşamı bəyan edib ki, İordaniyanın onun ərazisinə hava hücumları üçün heç bir əsas yoxdur, qonşusunun sözlərinə görə isə, sərhədə müdaxilələri İordaniyanın milli təhlükəsizliyinə təhlükə yaradan narkotik tacirlərinə qarşı yönəlib.
İordaniya ötən ay suriyadan onun sərgəddi vasitəsilə narkotik, silah və partlaycı maddə daşıyan iranlı yaraqlılarla əlaqədə şübhəli bildiyi onlarla adamla toqquşmadan sonra narkotik ticarətçilərinə qarşı kampaniyanı gücləndirib.
Regional kəşfiyyat mənbələrinə əsasən, həmçinin yerli sakinlər və şahidlərin təsdiqlədiyinə görə, ötən cümə axşamı Suriyanın cənubunda yaraqlılarla əlaqəli narkotik satanların sığınacaqlarına və anbarlarına endirilən zərbədən sonra 10 mülki vətəndaş, o cümlədən uşaqlar öldürüb, bu ötən ildən bəri endirilən bir neçə zərbədən biridir.
Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Son bir neçə ay ərzində şahidi olduğumuz eskalasiya hər iki tərəfin razılaşdığı məsələlərə tamamilə uyğun gəlmir”.
Adının çəkilməsini istəməyən iki İordaniya rəsmisi mülki şəxslərə hücum edilmədiyini və zərbələrin Suriya rəsmiləri ilə yüksək səviyyəli görüşlərdə təkrarlanan xəbərdarlıqlardan sonra həyata keçirildiyini bildirib.
Onlar bildiriblər ki, insidentlərin artması, İsrailin Qəzzada irəliləyişinə qarşı mübarizə aparan fələstinli yaraqlılarla həmrəy olaraq İranın dəstəklədiyi yaraqlıların Suriya və İraqın şimalında kürdlərin nəzarətində olan ABŞ bazalarına hücumlarının artması ilə üst-üstə düşüb.
İordaniya hökuməti, Qərb müttəfiqləri kimi iddia edir ki, narkotik və silah qaçaqmalçılığının artmasının arxasında İranın dəstəklədiyi Livanın “Hizbullah” qrupu və Suriyanın cənubuna nəzarət edən İranın dəstəklədiyi digər yaraqlılar dayanır.
İran və “Hizbullah” bunu inkar edir və ittihamların Qərbin onlara qarşı planının bir hissəsi olduğunu deyir.
Suriya hökuməti təhlükəsizlik və hərbi qüvvələrinin narkotik ticarəti ilə məşğul olan İranın dəstəklədiyi silahlı yaraqlılarla sıx əməkdaşlıq etdiyini inkar edir.
İordaniya rəsmiləri bəyan edir ki, onlar Suriya hakimiyyətinə əsas narkotik ticarətçilərinin adları, istehsal müəssisələrinin yerləri və qaçaqmalçılıq yollarını təqdim edib.
Qərb kəşfiyyat mənbələri bildirir ki, Suriyada vətəndaş müharibəsi başlayan 2011-ci ildən bəri Vaşinqton İordaniyaya sərhəd təhlükəsizliyini gücləndirmək üçün təxminən 1 milyard dollar verib və bu yaxınlarda bu məqsədlə daha çox hərbi yardım göndərib.
-
- Cəmiyyət
- 24 Yanvar 2024 12:13
Dünyada
-
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Əl-Şara Dəməşqdə keçirilən danışıqlardan sonra birgə mətbuat konfransında Suriyada "yeni dövr" elan etdilər. Fidan Suriyanın ən qaranlıq günlərinin geridə qaldığını vurğuladı və inklüzivlik və suriyalıların qətiyyəti üzərində qurulmuş parlaq bir gələcək vəd etdi.
-
Yeni Gallup sorğusu göstərir ki, iki ildən çox davam edən Rusiya-Ukrayna müharibəsinin tezliklə həllini istəyən amerikalıların sayı artmaqdadır. Respondentlərin yarısı münaqişənin tez bir zamanda bitməsini dəstəklədiyini bildirib, hətta bu, Ukraynanın bütün itirilmiş ərazilərini geri qaytarmayacağı anlamına gəlsə belə. Bu rəqəm 2024-cü ilin martı ilə müqayisədə 7 faiz artım deməkdir. Oktyabr 2023-dən bəri tez həllə dəstək 43 faiz səviyyəsində sabit qalmışdı.
-
ABŞ-ın yüksək rütbəli diplomatları cümə günü Dəməşqdə Suriyanın yeni faktiki lideri Əhməd əl-Şaraa ilə görüş keçirdi. Görüş ölkənin siyasi keçidi müzakirə etmək məqsədilə təşkil olunmuş və "yaxşı" və "çox məhsuldar" kimi qiymətləndirilmişdir. ABŞ nümayəndə heyəti, həmçinin, əl-Şaraa-nın başına qoyulmuş 10 milyon dollarlıq mükafatın ləğv edildiyini elan edib.
-
İran qadınlar üçün daha sərt hicab tələbləri ilə bağlı mübahisəli yeni qanunun tətbiqini dayandırıb. Bir çox müşahidəçilərin fikrincə, bu qanun Mahsa Əmininin 2022-ci ildə ölümündən sonra baş verən kütləvi etirazlara bənzər hadisələri təkrarlaya bilərdi, yüksək rütbəli rəsmi bildirib.
Rəy yaz