Özünü yandıran şəxs hələ reanimasiyadadır
Bakı/25.05.17/Turan: Mayın 24-də "Respublika bank"ın şöbəsi önündə özünü yandıran Ramiz Manafovun sağlıq durumu ağır olaraq qalır. Bu barədə R.Manafovun yerləşdirildiyi 5 saylı kliniki xəstəxananın Yanıq şöbəsindən bildiriblər.
Şöbədən verilən məlumata görə, R.Manafov mayın 24-dən reanimasiya şöbəsinə yerləşdirilib.
Yanıq şöbəsindən bildiriblər ki, R.Manafovun uz, boyun nahiyələrində yanıq çoxdur.
Xatırladaq ki, R.Manafov mayın 24-də "Respublika Bank"ın "Azneft" filialına gəlib, kredit məsələsilə bağlı mübahisə baş verib və bankdan çıxan kimi üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyilə yanğın söndürülüb və R.Manafov xəstəxanaya göndərilib.
"Respublika bank" bu hadisə ilə bağlı xüsusi açaıqlama yayacağını və məsələyə aydınlıq gətirəcəyini bildirib.
Qeyd edək ki, 2015-ci ildə manatın iki dəfə devalvasiyasından sonra əhalinin bnak kreditlərini ödəmək sahəsində ciddi problemləri yaranıb, dolların bahalaşması ilə bağlı çoxları kreditlərin ödənişlərini edə bilməyib. Bunun nəticəsi olaraq bankların kredit götürənlərə təzyiqləri artıb və bunun nəticəsində çoxları intihara əl atıb, hətta bir çox ekspetlər bu intiharları "kredit intiharları" adlandırıb. -05-
-
- Siyasət
- 24 May 2017 17:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz