Pərviz Həşimlinin məhkəməsi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin müxbiri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib. Üç şahid ifadə verib.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci və 228.2.2 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrara törədildikdə) maddələri ilə ittiham olunur. İttihama görə, Pərviz Həşimli və Təvəkkül Qurbanov İrandan gətirilən silahların alveri ilə məşğul olub.
Həşimlinin həyat yoldaşı İlahə Həşimli Turan-a bildirib ki, şahidlərin ifadələri ibtidai istintaqa verdikləri ifadələrlə üst-üstə düşməyib. Şahidlərin biri hətta hadisənin harada baş verdiyi və nəyə şahidlik etdiyi barədə danışa bilməyib. “Mənim 75 yaşım var. Bu gün yediyimi sabah unuduram”, deyə şahid bildirib.
Həşimli Təvəkkül Qurbanovun oğlunun yenidən məhkəməyə ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Onun fikrincə, ata ilə oğulun ifadələri bir-birinə uyğun gəlmir. Belə ki, ata oğlunun imtahanlarına Həşimlinin kömək etməsini xahiş etdiyini bildirir. Oğlu isə imtahanlarla bağlı hər-hansı probleminin olmadığını bildirib.
Jurnalistin vəsatəti Təvəkkül Qurbanovla onun arasında mübahisəyə səbəb olub. Hakim vəsatəti baxılmamış saxlayıb.
Məhkəmə aprelin 7-də saat 10.00-da işini davam etdirəcək. -03B-
Cəmiyyət
-
Noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında atəşkəs bəyanatı imzalansa da, dörd il keçməsinə baxmayaraq, Bakı və Yerevan hələ də sülh müqaviləsi imzalanmayıb.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
-
Azercell Cup 2024 proqramlaşdırma müsabiqəsinin qalibləri üçün beynəlxalq olimpiadalara hazırlıq dərsləri başlayıb. İnformatika üzrə biliklərinin gücləndirilməsi məqsədilə ümumtəhsil müəssisələrinin 6-cı və 7-ci sinif şagirdləri hazırlıq proqamına cəlb olunublar.
-
Lider mobil operatordan “HONOR” cihazları əldə edən abunəçilərə “SuperSən6GB” tarif paketinə iki aylıq abunəlik hədiyyə Azercell noyabr ayının 8-i Zəfər Gününə özəl kampaniyaya start verir. Kampaniya çərçivəsində "Azercell Eksklüziv" və diller mağazalarından HONOR” smartfonu və ya planşeti əldə edən müştərilərə “SuperSən6GB” tarif paketinə iki aylıq abunəlik həddiyə edilir. Qeyd edək ki, kampaniya 229 AZN-dən başlayan cihazlara şamil olunur.
Rəy yaz