Plastik cərrahların fəaliyyəti araşdırılır - nazir
Plastik cərrahların fəaliyyəti araşdırılır - nazir
Səhiyyə Nazirliyində saxta plastik cərrahların fəaliyyətinin araşdırılması üçün işçi qrup yaradılıb. Bu barədə jurnalistlərə nazir Teymur Musayev bildirib.
"Saxta həkimlər tibbi təhsili olmadan sosial media vasitəsilə vətəndaşları müəlicəyə cəlb edirlər. Bununla əlaqədar hüququ qiymətləndirmə üçün Baş Prokurorluğa müraciət ünvanlanıb. Təbii ki, yekunda iki qurum bu istiqamətdə tədbirlər planı hazırlayıb", deyə nazir qeyd edib.
Səhiyyə Nazirliyi və prokurorluq saxta həkimlərlə bağlı fəaliyyət planını işləyib hazırlayıb.
Xatırladaq ki, son vaxtlar vətəndaşlardan keyfiyyətsiz tibbi xidmət və plastik əməliyyatların mənfi təsirləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur.
Bir sıra KİV-lərin iddiasına görə, bu cür əməliyyatlar çox vaxt ixtsaı və tibb diplomu olmayan şəxslər tərəfindən həyata keçirilir.
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz