![Sinoptiklər qar vəd edirlər](https://turan.az/resized/news/2024/GxoBvbROowZCj8R5nyLHRlrlkNC6hc7CqO27RcO8-750-500-resize.webp)
Sinoptiklər qar vəd edirlər
Sinoptiklər qar vəd edirlər
Dekabrın 12-də axşam saatlarından etibarən 13-ü səhərə qədər paytaxtda yağış gözlənilir. Ayın 14-də yağış qara çevriləcək, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sinoptikləri məlumat yayıb.
Ölkənin rayonlarında da qeyd edilən dövrdə yağış yağacaq, şimal və qərb rayonlarından başlayaraq qarla əvəz olunacaq.
Bu günlərdə havanın temperaturu əvvəlki günlərlə müqayisədə bir neçə dərəcə aşağı düşəcək.
Qeyri-sabit hava şəraiti 14 dekabr günorta saatlarına qədər davam edəcək.
-
- Cəmiyyət
- 12 Dekabr 2024 11:51
-
- İqtisadiyyat
- 12 Dekabr 2024 12:02
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz