Polis 79 kiloqram müxtəlif növ narkotik vasitə müsadirə edib
Bakı/24.05.18/Turan: Azərbaycan polisi mayın 23-də ümumi çəkisi 79 kiloqram olan müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqramadək tiryək və 300 qrama yaxın heroin aşkarlayaraq götürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Biləsuvar şəhərində 16 kiloqram 830 qram tiryək və 285 qramdan artıq heroin, Balakəndə 57 kiloqram 345 qram marixuana, 2147 çətənə toxumu, 2 elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 patron, optik-gecəgörmə qurğusu və bir bıçaq, İmişlidə 2 kiloqram 475 qram marixuana, Bərdədə 755 qram marixuana, Göyçayda 450 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayəti işləri başlanılıb.-03D-
-
- İqtisadiyyat
- 24 May 2018 15:46
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz