Prezident Administrasiyasında qarşıdurma haqqında yazan jurnalistlərlə profilaktik söhbətlər
Bakı/18.08.17/Turan: "Xural" qəzetinin keçmiş redaktoru Əvəz Zeynallı bu gün Baş Prokurorluğa dəvət olunub, burada baş prokurorun birinci müavini Rüstəm Usubov onunla "profilaktik" söhbət aparıb.
Zeynallının dəvət olunmasına səbəb Avropa.info saytında Prezident Administrasiyasında daxili münaqişələrdən bəhs edilən məqaləyə şərh yazması olub. Xüsusən, guya AXCP lideri Əli Kərimlinin övladlarının Böyük Britaniya və ABŞ-da təhsilinin maliyyələşdirilməsi haqqında.
Məqalə müəllifi hesab edir ki, bu maliyyələşmə Prezident Administrasiyasından gizlicə həyata keçirilir, amma o, heç bir dəlil gətirmir.
Öz növbəsində, Əvəz Zeynallı bildirib ki, bu materialın mənbəyi Prezident Administrasiyasının bir-birini müxalifəti maliyyələşdirməkdə ittiham etməklə nüfuzdan salmağa çalışan yüksək vəzifəli məmurlarıdır.
Xüsusən, Əvəz Zeynallı yazıb ki, bu qarayaxma bir şöbə müdirinə qarşı gizli mübarizə aparan başqa bir şöbə müdirinin işidir.
Günün daha bir xəbəri İnfoAz.org saytında analoji xarakterli məqalə olub. Həmin yazıda prezidentin köməkçisi Əli Həsənovun Prezident Administrasiyasının rəhbəri və hətta dövlət başçısı vəzifəsinə iddia etməsindən danışılır.
Təsdiq edilməmiş məlumatlara görə, məqalə müəllifi də bu gün prokurorluğa çağırılıb, burada onunla profilaktik söhbət aparılıb. -02D-
Cəmiyyət
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Mumbai-Münhen reysi üzrə uçuş həyata keçirən Lufthansa hava yolu şirkətinə məxsus təyyarə çərşənbə günü səhər saatlarında sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib.
-
Lider mobil operatordan “HONOR” cihazları əldə edən abunəçilərə “SuperSən 10GB” tarif paketinə 75 % endirim! Azercell “Möhtəşəm Cümə” kampaniyasına start verir. Belə ki, kampaniya çərçivəsində "Azercell Eksklüziv" və diler mağazalarından “HONOR” smartfonu və ya planşeti əldə edən müştərilərə “SuperSən 10GB” tarif paketi 2 ay müddətinə 75 % endirimlə təqdim olunur. Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş haqqı cari tariflər üzrə hesablanacaq. Qeyd edək ki, kampaniya 199 AZN-dən başlayan cihazlara şamil olunur.
-
Son günlər ictimaiyyətin diqqəti 2024-cü il noyabrın 8-də Bakıda açılışı keçirilən Qarabağ Müharibəsinə həsr olunmuş yeni Qələbə Abidəsi ətrafında yaranan vəziyyətə yönəlib. Azərbaycanın tanınmış memarı və tarixi memarlıq artefaktlarının tədqiqatçısı Elçin Əliyev abidənin detalları ilə bağlı fotoşəkillər çəkməyə çalışarkən mülki geyimdə olan şəxslərin gözlənilməz maneəsi ilə üzləşib.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:02
- 245
Rəy yaz