İlkin Rüstəmzadə
İlkin Rüstəmzadəni cəzaçəkmə müəssisəsində hədələyirlər?
Bakı/18.08.17/Turan: NİDA hərəkatının fəalı İlkin Rüstəmzadə 13 saylı cəzaçəkmə müəssisəsində hədələrə məruz qalır. Bu barədə bu gün həbsdə fəala baş çəkən doğmaları bildiriblər.
Doğmalarının sözlərinə görə, yeni rəis müavini Elçin Əlicanov Rüstəmzadəyə deyib: "Avropalı homoseksual komissarlara güvənmə. Onlar səni xilas edə bilməyəcəklər. Görəcəksən, sənə nə edəcəyəm. Səni necə tərbiyə edəcəyimi bilirəm".
Fəalın anası həmçinin İlkinin səhhətində problemlər olduğunu, onun immunitetinin pisləşdiyini bildirib.
Amma Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov fəalın cəzaçəkmə müəssisəsində hədələndiyi haqqında bəyanatları "absurd" adlandırıb.
"Belə bir şey olmayıb, ola da bilməz", deyə o bildirib.
Xatırladaq ki, İlkin Rüstəmzadə NİDA gənclər hərəkatının kütləvi iğtişaşlar təşkil etmə, narkotik və silah saxlama haqqında uydurma ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilən 8 fəalından biridir.
Onların həbsinin səbəbi 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümlərinə qarşı etiraz aksiyası təşkil etmələri olub.
Ağır Cinayətlər Məhkəməsi Zaur Qurbanlı və Rəşadət Axundovu 8 il, Rəşad Həsənov və Məmməd Əzizovu 7,5 il, İlkin Rüstəmzadə, Bəxtiyar Quliyev və Üzeyir Məmmədlini 7 il, ən gənc fəal, on yeddi yaşlı Şahin Novruzlunu isə 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı həbs edilən NİDA üzvlərini "vicdan məhbusu" kimi tanıyıb.
Sonradan İlkin Rüstəmzadən başqa bütün həbs edilənlər əvf və amnistiya aktları çərçivəsində azadlığa buraxılıb. -06D-
-
- Siyasət
- 18 Avqust 2017 16:43
Cəmiyyət
-
Son günlər ictimaiyyətin diqqəti 2024-cü il noyabrın 8-də Bakıda açılışı keçirilən Qarabağ Müharibəsinə həsr olunmuş yeni Qələbə Abidəsi ətrafında yaranan vəziyyətə yönəlib. Azərbaycanın tanınmış memarı və tarixi memarlıq artefaktlarının tədqiqatçısı Elçin Əliyev abidənin detalları ilə bağlı fotoşəkillər çəkməyə çalışarkən mülki geyimdə olan şəxslərin gözlənilməz maneəsi ilə üzləşib.
-
Şəmkir rayonunda suyun səviyyəsinin ildən-ilə azaldığı Zəyəmçay məişət tullantıları ilə çirkləndirilir, yerli sakinlər bildiriblər. Çayın təmizlənməsi üçün aidiyyatı qurumlara müraciət etsələr də, tədbir görülməyib.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq. Gecə bəzi yerlərdə yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə geçəcək. Havanın temperaturu gecə müsbət 10 +12, gündüz müsbət 13 + 17 dərəcə, rütubət 70-80 faiz olacaq.
-
Dünyanın 28 ölkəsinin 100 universitetini təmsil edən 159 professor və müəllimdən ibarət koalisiya Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevi 2023-cü ilin iyulundan qeyri-müəyyən müddətə ev dustaqlığında olan alim iqtisadçı və ekologiya fəalı, doktor Qubad İbadoğlunun azadlığa buraxılmasını müdafiə etməyə çağırıb. Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etdiyi bir vaxtda göndərilən məktubda doktor İbadoğlunun kritik səhhətinə və onun korrupsiya ilə mübarizəyə və qalıq yanacaq sənayesində şəffaflığın təşviqinə verdiyi töhfələrə istinad edərək, təcili tədbirlər görülməsinə çağırılır.
Rəy yaz