“COP29 sonrası dövrdə də ölkə haqqında tənqidlər və çağırışlar davam edəcək”
-
- Cəmiyyət
- 21 Noyabr 2024 21:22
İnsan Hüquqları
-
Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment, CPT) nümayəndə heyəti ölkənin dövri icmalı çərçivəsində sentyabrın 22-dən oktyabrın 3-dək Azərbaycanda səfərdə olub. Bu, ötən ilin yayında CPT nümayəndə heyətinin ölkəyə girişindən imtina edilməsindən sonra ilk missiyadır.
-
Milli Məclisdə Prezidentə yalnız barəsində hökm olan məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyətin verilməsi təklif olunur.
-
Ermənistanın təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş məcburi köçkünlərin təmin olunmalı fundamental hüquqlarından biri də mənzil hüququdur. Mənzil hüququ konstitusiya ilə Azərbaycan vətəndaşlarına verilmiş hüquqdur və və elə bu əsas sənədə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.[1] Konstitusiya ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq hüququna da təminat verir. Ancaq Qarabağdan məcburən köçürülmüş vətəndaşlara münasibətdə vəziyyət fərqlidir. Qarabağ torpaqları erməni işğalından azad edildikdən sonra, birinci növbədə, ölkə qanunvericiliyinə müvafiq olaraq vaxtilə o ərazilərdə məskunlaşmış şəxslərin (vəfat etmişsə, onların varislərinin) mənzil (yaşayış evi) hüquqları tanınmalı idi. Ancaq çox təəssüf ki, bu baş vermədi.
-
Ermənistan işğalından azad edilmiş Qarabağ torpaqlarının məskunlaşdırılması prosesində məcburi köçkünlərin mülkiyyət hüquqlarının qorunması ən aktual məsələlərdəndir. Söhbət təxminən 190 min ailənin (715 min nəfərin) ölkə konstitusiyasında təsbit olunmuş, istisnasız bütün dünyada əsas insan hüququ kimi qiymətləndirilən mülkiyyət hüquqlarınn təmin olunub-olunmamasından gedir. Məcburi köçkünlərin mülkiyyət hüquqları onların daşınmaz əmlak - ev, mənzil və torpaq üzərindəki hüquqlarıdır.
Gündəmdə
Rəy yaz