"Qarabağ" "Ayaks"a məğlub oldu

Oktyabrın 24-də “Qarabağ” klubu Avropa Liqasının əsas mərhələsinin ev oyununda Hollandiyanın məşhur “Ayaks” klubuna 0:3 hesabı ilə uduzub.

Matç Qarabağın hücumları ilə başlayıb. Artıq üçüncü dəqiqədə Leandro Andrade topu qonaqların qapısına göndərib.

Ancaq çox mübahisəli vəziyyətdə hakimlər ofsayd qeydə aldılar.

15-ci dəqiqədə hakim Romaonu “Ayaks”ın futbolçusunu yıxdığı üçün meydandan çıxardığındam sonra “Qarabağ” azlıqda qalıb.

Bundan sonra oyunda vəziyyət  dəyişib. Təşəbbüsü tədricən ələ keçirən "Ayaks" meydan sahiblərinin qapısından üç qol keçirib.

Bu, "Qarabağ"ın Avropa Liqasının əsas mərhələsində ardıcıl üçüncü məğlubiyyətidir.
 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti