Qərb rayonlarında yağış gözlənilir

Bakı/23.10.17/Turan: Oktyabrın 24-də Bakıda və Abşeronda hava dəyişkən buludlu, vaxtaşırı tutqun olacaq.

Meteoroloqların verdiyi məlumata görə, havanın temperaturu gecə +10 +13 dərəcə, gündüz +17 +20 dərəcə təşkil edəcək. Bakıda gecə +11 +13, gündüz +18 +20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Havanın temperaturu gecə +9 +14, gündüz +17 +22 dərəcə təşkil edəcək. Dağlarda gecə +3 +8, gündüz +9 +14 dərəcə isti olacaq. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti