QMİ təmsilçiləri əməkdaşın həbsinə münasibət bildirmədilər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mənsubları idarənin texniki prersonalına aid Elşən Mustafayevin (Elşən Mustafa oğlu) həbsinə rəsmi münasibət bildirməkdən imtina ediblər.
Amma şəxsi söhbətlərdə kimlərsə E.Mustafaoğluna dövlətə xəyanət maddəsi elan olunmasının inandırıcı görünmədiyini deyiblər. Kimlərsə “əsas olmadığı halda E.Mustafaoğlu həbs oluna bilməzdi” mövqeyində dayanıblar. Bəziləri isə MTN-in açıqlamasından sonra müəyyən fikir bildirməyi məqbul saydıqlarını deyiblər.
Xatırladaq ki, E.Mustafaoğlu ötən cümə axşamı həbs edilib, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlətə xəyanətdə ittiham edilir. -05C-
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz