Məhəmməd peyğəmbər (ə.s)-ın vəfatının növəti ildönümü ilə bağlı QMİ-də tədbir
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bazar ertəsi öz ofisində Məhəmməd peyğəmbər (ə.s)-ın vəfatının növbəti ildönümü ilə bağlı dindarların toplantısını keçirib.
Tədbirdə çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə islam dinini insanlar arasında sülh, barış, mehribanlıq dini kimi dəyərləndirib. Məhəmməd peyğəmbər zamanında bu dinin elə yuxarıda göstərilən dəyərlərə xidmət göstərdiyini ifadə edib. Amma son vaxtlar radikal qurplaşmalar yaradılması vasitəsilə islam daxilinə qəddarlıq, rəhimsizlik gətirildiyi nəzərə çatdırılıb. İraqda, Suriyada, Pakistanda qardaş qanı axıdıldığı vurğulanıb. “Biz bütün bunları qətiyyətlə pisləyirik”, deyə A.Paşazadə bəzi islam ölkələrində baş verən anti-insani hadisələrə münasibət ifadə edib. O, islamda mehribanlığın, qardaşlığın, bir-birinə sevginin bərpası üçün islamın məhz Məhəmməd peyğəmbər zamanındakı kimi təbliğə ehtiyacı olduğunu bildirib.
Daha bir neçə natiq Məhəmməd peyğəmbər (ə.s)-ın həyatı, fəaliyyəti, insanlara münasibəti və s. mövzularda çıxışlar ediblər. Tədbirə qatılan rövzəxanlar Məhəmməd peyğəmbərin vəfatı ilə bağlı ilahilər oxuyubar.
Sonda isə QMİ adından dindarlara ehsan verilib. -05C-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz