Rüfət Səfərovun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərova qarşı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində qaldırılmış cinayət işinin istintaqı başa çatıb.
Bu barədə vəkil Bəhruz Bayramov “Amerikanın səsi”nə bildirib.
Vəkilin sözlərinə görə, artıq iş materialları ilə tanış olublar.
“Cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət də qaldırdıq və vəsatətimiz təmin olunmadı”, - o qeyd edib.
Vəkil bildirib ki, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Rüfət Səfərov 2015-ci ilin sonlarında bəyanat verərək prokurorluq orqanlarından istefa verib. Bundan sonra Baş Prokurorluq onun barəsində xidməti yoxlama aparıb.
Baş Prokurorluğun yaydığı məlumata əsasən Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.
Bakının Binəqədi Rayon Məhkəməsi 2016-cı il yanvarın 15-də R.Səfərovun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi Səfərovun barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
R.Səfərov hakim Yeni Azərbaycan Partiyasının fəallarından, Milli Məclisin keçmiş üzvü Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu son bir ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fəaliyyətini kəskin tənqidi ilə fərqlənir.
R. Səfərov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir. O, tənqidi mövqeyindən dönməyəcəyini bildirir. -03D-
-
- Cəmiyyət
- 27 İyun 2016 14:17
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz