Sabiq rabitə naziri Elmlər Akademiyasının müşaviri oldu
Bakı/24.05.17/Turan: Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri təyin olunub. Bu barədə çərşənbə günü Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti Akif Əlizadə bildirib.
Xatırladaq ki, Abbasov 2004-2015-ci illərdə rabitə və informasiya texnologiyaları naziri vəzifəsində çalışıb.
O, 2015-ci il noyabrın 12-də İlham Əliyev tərəfindən səbəbi göstərilmədən işdən azad edilib. Amma onun işdən azad edilməsi Rabitə Nazriliyini və Milli Təhlükəsizlik Nazirliyini əhatə etmiş qalmaqal və xüsusilə böyük ölçüdə korrupsiya və fırıldaqçılıq faktları üzrə cinayət işinin açılması ilə eyni vaxta təsadüf edib.
Rabitə Nazriliyi və ona tabe olan təşkilatların 10-dan çox yüksək vəzifəli məmuru həbs edilib və uzunmüddətli azadlıqdan məhrumetmə cəzası alıb. Mənimsəmələrin ümumi məbləği 70 mln. manatdan artıq olub.
Qeyd edək ki, Rabitə Nazirliyinin məmurlarının həbsi MTN-in Rabitə Nazirliyinin vasitələrindən istifadə ilə buna bənzər cinayətlərdə ittiham olunan 20-dən çox zabitinin həbsi ilə eyni vaxta təsadüf edib. -71D-
-
- İqtisadiyyat
- 24 May 2017 13:43
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz