Bakı/19.02.18/Turan: Fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm. olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 53, Daşkəsəndə 21, Gədəbəydə 20, Baş Daşağıl HM-da (Şəki) 17, Altıağacda 16, Göygöldə 15, Kişçayda 14, Rvarudda 12, Lerikdə 11, Kürmükçay-İlisu HM (Qaxbaş), Yardımlıda 10, İsmayıllı, Sarıbaşda 8, Kəlvəzdə 6, Şamaxıda 5, Ağdərədə 4, Şahbuz, Şəmkir, Qəbələdə 3, Şərur, Gəncədə 2, Şəki, Mərəzə, Qusarda 1, Qubanın dağlıq ərazilərində: Xınalıqda 43, Qırızda 40, Ləzədə 31, Nohurdüzündə 21, Qonaqkənddə 20, Qırızda 13, Xaltanda 12, Təngəaltıda 8 sm. təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək.
Belə ki, fevralın 19-da gündüz saatlarından yağmur tədricən kəsiləcək. Fevral ayının 20 və 21-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi şimal və şərq rayonlarında az yağıntılı olacaq. Şərq küləyi əsəcək.-03D-
-
- İqtisadiyyat
- 19 Fevral 2018 12:34
-
- Bazarların icmalı
- 19 Fevral 2018 13:25
Cəmiyyət
-
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasından Milli Məclisin noyabrın 25-də keçirilən iclasında da bəhs edilib. Nazirlər Kabinetinin qərarında bu hal artıq ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının başa çatdığını elan etdiyi koronovirus pandemiyası ilə izah olunsa da, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc başqa səbəb göstərib. "Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o vurğulayıb.
-
Çərşənbə axşamı Baş Prokurorluq xaricdəki gəlirlərini gizlədən kənd təsərrüfatı məhsulları ixracçıları barəsində açılan yeni cinayət işləri haqqında məlumat yayıb.
-
Noyabrın 27-də Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir, bu barədə sinoptiklər məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
Rəy yaz