Zakir Fərəcov və iş adamları. Kollaj bakunews.az
Sahibkarların Prezident Administrasiyasına gedişi onların birinin həbsilə nəticələnib
Bakı/15.02.18/Turan: Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısından şikayət edən bir qrup sahibkarın Prezident Administrasiyasına gedişi onların birinin həbsilə nəticələnib.
2016-2017-ci illərdə Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar növbəti dəfə Prezident Administrasiyasına üz tutub. Onların məqsəd Sumqayıt Şəhər İcra Hakimiyyətinin onlara olan borcunu almaq üçün ali icra hakimiyyətindən yardım istəmək olub.
Sahibkarlar bildirirlər ki, Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisinə görə onlara 12 mln. manat verilməlidir. Tikinti işləri başa çatdıqdan sonra bulvarın idarə edilməsi üçün "Sumqayıt Bulvarı" məhdud məsuliyyətli cəmiyyət (MMC) yaradılıb.
Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan həmin borcun ödənilməsini tələb edirlər.
Prezident Administrasiyası isə şikayətçiləri yenidən Sumqayıt icra başçısının yanına göndərib. Bu gün Zakir Fərəcov onları qəbul edib və məsələni yoluna qoyacağını vəd edib. Ancaq görüşdən sonra sahibkarlardan biri, Ruslan Allahverdiyev polis tərəfindən saxlanılıb, bakunews.az bildirib.
Sumqayıt Şəhər Polis İdarəsindən Turan-a bildiriblər ki, onlarda R. Allahverdiyevin saxlanması barədə məlumat yoxdur.
Baş verənlərdən sonra sahibkarlar yenə şıkayətlə Prezident Administrasiyasına üz tutublar.
Bundan öncə, yanvarın 29-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilmişdi ki, nə Sumqayıt Şəhər İcra Hakimiyyəti, nə icra başçısı Zakir Fərəcov, nə də İcra Hakimiyyətinin hər hansı digər rəsmi nümayəndəsi bu borclara görə məsuliyyət daşımır.
"Sumqayıt Şəhər İcra Hakimiyyəti borcu tələb edən şəxslərlə nə müqavilə, nə də digər saziş bağlamış tərəf deyil. Həmin borca görə məsul şəxs mənimsəmə ittihamı ilə həbs edilib", - "Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin nümayəndəsi Eyvaz Qocayev bildirib.-0-
Cəmiyyət
-
Dövlət qurumlarının müraciətləri əsasında Tarif (Qiymət) Şurası son iclasında bir sıra sahələrdə qiymət artımına qərar verib. Yanvarın 2-də açıqlanan bəyanata əsasən, ilk dəfə olaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib. İndiyə qədər bu xidmətlər dövlət tənzimlənməsi olmadan, müxtəlif məbləğlərlə həyata keçirilirdi. Təsdiq edilmiş tariflər:
-
Azərbaycan 2025-ci ili qədim ənənələrin və müasir bayramların rəngarəng qarışığı ilə qarşıladı. Bu tədbirlər xalqın zəngin mədəni irsini və gələcəyə yönəlmiş arzularını əks etdirdi. Geniş ailə süfrələrindən parlaq ictimai tədbirlərə qədər qeyd etmələr keçmişlə indinin unikal sintezini nümayiş etdirdi.
-
2025-ci ilə qədəm qoyduqca, dünya müxtəlif sahələrdə əhəmiyyətli inkişaflarla qlobal mənzərəmizi yenidən formalaşdırmağa hazır olan həlledici bir mərhələdə dayanır.
-
Avstraliyalı demoqraf və sosioloq Mark Makkrindl “Beta Nəsli”nin yaranmasını təsvir edib — o, bu demoqrafik qrupu 2025-2039-cu illər arasında doğulan insanlar kimi müəyyənləşdirərək, qlobal nəsil kimliyində yeni bir fəsil açıldığını vurğulayıb.
Rəy yaz