Şahin Həsənli: Bu kampaniyanın mənə dəxli yoxdur
“Sosial şəbəkələrdə “Axırıncı vaqona minmə, ay kişi” devizilə aparılan kampaniyanın hər-hansı şəkildə mənə aidiyyatı yoxdur”. “Məşədi Dadaş məscidi” icmasının rəhbəri, nüfuzlu din xadimlərindən Hacı Şahin Həsənli bunu Turan-a bildirib.
O qeyd edib ki, fotoları qoyulan səhifələr də heç bir şəkildə ona aid deyil. “Ümumiyyətlə, mənim bu kampaniyadan xəbərim yoxdur”, - deyə Həsənli bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə bazar ertəsindən Ş.Həsənli adından “sonuncu vaqona minmə, ay kişi!” kampaniyası başlanıb. Bu kampaniyanı başlayanların kimlikləri bəlli deyil. Kampaniyanın məqsədi sonuncu vaqona ancaq qadınların minməli olduqları düşüncəsini ictimailəşdirməkdir. -05B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz