Şahin Məmmədov Daxili Qoşunların yeni komandanı təyin edilib
General-mayor Şahin İsgəndər oğlu Məmmədov Daxili Qoşunların yeni komandanı təyin edilib. Daxili Qoşunların mətbuat xidmətinin məlumatına görə yeni komandan bu gün şəxsi heyətə təqdim ediləcək.
Şahin Məmmədov bundan öncə Daxili Qoşunların qərargah rəisinin birinci müavini idi.
2011-ci il martın 9-da ona general-mayor hərbi rütbəsi verilib.
Daxili Qoşunların bundan öncəki komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin edilib.-03D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 173
Rəy yaz