![Saxta yolla yuyucu toz istehsalı aşkarlanıb](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Saxta yolla yuyucu toz istehsalı aşkarlanıb
Göyçay rayon polis şöbəsi rayonun Çayarxı kəndində Göyçay şəhər sakini Mehman Məmmədovun ona məxsus həyətyanı sahədəki anbarda müxtəlif çeşidli yuyucu vasitələrin istehsalı və satışı ilə məşğul olmasını müəyyən edib. Bundan ötrü M.Mehmanovun lisenziyası və digər rəsmi sənədləşmə, eləcə də keyfiyyət sertifikatları olmayıb.
Anbardan üzərində “Palma” əmtəə nişanı olan 4900 ədəd yuyucu vasitə aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.-03D-
-
- Cəmiyyət
- 19 May 2016 14:15
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz