Açiq mənbələrdən foto.
Sərhədçilər İrandan 50 kiloqram narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar
Bakı/28.04.22/Turan: Aprelin 25-də saat 17:35-də sərhədçilər Yardımlı rayonunun Avaş kəndi yaxınlığında İran tərəfdən gələn iki sərhəd pozucusunu görüblər.
“Dayan!” əmri verildikdə sərhəd pozucuları yüklərini yerə ataraq geri qaçıblar. Hadisə yerində içində 33 kiloqrama yaxın narkotik vasitə - tiryək və marixuana, həmçinin 3000 ədəd metadon-40 həbi olan beş bağlama aşkar edilib.
Aprelin 27-də saat 00:50-də Astara rayonunun Alaşa kəndi yaxınlığında sərhədçilər qeyri-yaşayış sahəsindən bağlama götürən şübhəli şəxsi saxlayıblar. Bağlamada 16,6 kilqram heroin, tiryək və metamfetamin olub. Narkokuryerin Astara rayon sakini Nazim Yusifov (1990-cı ildə anadan olub) olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır. -02D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz