Son sutkada koronavirusa 582 yoluxma faktı qeydə alınıb
Баку/18.12.21/Turan: Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 582 yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 609 min 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 min 284 nəfər müalicə olunaraq sağalıb, 8 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 931 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 495 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 277 vaksin vurulub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 265, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 218 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 20 794 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 046 136, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 138 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 638 622 nəfər təşkil edir.
Ümumilikdə isə 1 269 302 buster doza vurulub.-0-
-
- Siyasət
- 18 Dekabr 2021 14:32
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz