koronavirusinfo.az
Sutka ərzində yoluxanların sayı min nəfəri ötüb
Bakı/29.10.20/Turan: Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 1015 hal qeydə alınıb. Bununla yanaşı, 483 nəfər sağalıb, 9 nəfər vəfat edib. Bu barədə cümə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Ölkədə yoluxanların ümumi sayı 53 152 nəfər təşkil edib, onlardan 42 516 nəfəri müalicə olunub, 708 nəfər isə vəfat edib. Hazırda aktiv xəstələrin sayı 10 636 nəfərdir. Bu günə qədər 1 331 287 test, son sutkada 11 813 test keçirilib. --02D-
Cəmiyyət
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Rəy yaz