Tanınmış ruhanilərdən Mirəziz Seyidzadə vəfat edib

Qafqaz Müsəlmanları İdarəsinin Fətva (QMİ) şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bazar günü axşam saatlarında vəfat edib.

M.Seyidzadə mart ayında insult keçirmişdi, həkim nəzarətində idi. Onun cənazəsi anadan olduğu Masallının Türkoba kəndinə aparılıb. Mayın 12-də Türkoba kəndində dəfn mərasimi olacaq.

Dörd gün öncə M.Seyidzadə koma halına düşüb, müalicə almasına baxmayaraq, mayın 11-də axşam saatlarında komadan ayılmadan dünyasını dəyişib.

M.Seyidzadə din xadimi olmaqla yanaşı fəal ictimai fəaliyyətə malik idi. Belə ki, “Kəlam” mənəvi-diniyönlü jurnalın baş redartoru,  Azərbaycanın dini həyatı ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifi idi. -05B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti