- İqtisadiyyat
- 12 May 2014, 12:59
- 171
Gömrük «zərgər dəqiqliyi ilə» işləyir
Apreldə Azərbaycan gömrükçüləri xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən dövlət büdcəsinə 133 mln 560,5 min manat köçürülməsini təmin edib. Bu, martdakına yaxındır (133,7 mln manat və ya -0,2%).
Mart və aprelin müqayisəsindən görünür ki, gömrükçülər vergi və rüsum üzrə eyni məbləği toplayıb. Martda ƏDV 89 mln manat olub, apreldə bu növ üzrə 103,5 mln manat yığılıb. Əvəzində gömrük rüsumu (22,8 mln manat) 16,6 mln manat azalıb.
Gömrükdə yüksək korrupsiya səviyyəsi imkan verir ki, dövlət büdcəsinə mədaxil üzrə istənilən məbləğ uyğunlaşdırılsın: bu il gömrükçülər ötən ilkindən 127 mln manat (+9,1%) çox toplamalıdır.
Azərbaycan gömrüuündə yalançı şirkətlərin adına idxal mallarının bəyan edilməsi praktikası var. Məqsəd ƏDV-nin mənimsənilməsidir. Sahibkar Yunus Orucov KİV-ə müsahibəsində bildirib ki, fevralın 1-dən Astara gömrük postunda heç bir əsas olmadan İran kafeli olan yük maşını saxlanılıb. ««Bütün instansiyalara müraciət etmişəm, amma nəticəsi yoxdur. Heç bir səbəb gətirmədən yalnız bunu deyirlər ki, kafel bazara bircə firmanın adından girməlidir, həmin firmaya da 10 min 500 manat pul verməlisən», deyə biznesmen bildirir. Sahibkar 3 aydır sürücü ilə bağladığı müqavilə əsasında gündə 50 manat cərimə ödəyir. Gömrükdəki vəziyyəti beynəlxalq maliyyə institutları da bilir, amma heç nə edə bilmirlər.
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olsa, vəziyyət dəyişə bilər. Amma prezident İlham Əliyev bildirir ki, yaxın perspektivdə bu, baş verməyəcək. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz