«Təfəkkür» Universiteti bağlandı
Bakı /16.01.17/Turan : “Təfəkkür” Universiteti maliyyə problemləri ilə əlaqədar fəaliyyətinin dayandırıldığını elan edib.
Təhsil Nazirliyinin məlumatına görə, tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün işçi qrupu yaradılıb.
Məlumatda deyilir ki, tələbələrin ixtisasları, qəbul imtahanlarında topladıqları ballar nəzərə alınmaqla müvafiq ali məktəblərə maneəsiz yerləşdirilmələri üçün lazımi şərait yaradılacaq.
“Təfəkkür” Universiteti 1994-cü ildə yaradılmışdı.-05D-
-
- İqtisadiyyat
- 16 Yanvar 2017 16:52
-
- Cəmiyyət
- 16 Yanvar 2017 17:25
Cəmiyyət
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
-
Cümə axşamı paytaxtda hava tutqun olacaq, səhər az yağış yağa bilər. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 8 +10, gündüz müsbət 12 + 15 dərəcə olacaq. Rütubət gecə və gündüz rütubət 65-75 faiz olacaq.
-
Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb. "Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.
Rəy yaz