Açiq mənbələrdən foto.
Uzunmüddətli aclıq keçmiş siyasi məhbusların səhhətinə təsirsiz ötüşməyib
Bakı/28.05.22/Turan: Keçmiş siyasi məhbusların həbsdə keçirdikləri uzunmüddətli aclıq aksiyaları onların sağlamlığına təsirsiz ötüşməyib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov bu gün əfv sərəncamı ilə azadlığa buraxıldıqdan sonra jurnalistlərə bildirib ki, hazırda səhhəti ümumilikdə normal olsa da, həbsxanada 40 günlük aclıq aksiyasının nəticələri özünü hiss etdirir.
Rüstəmovun sözlərinə görə, onun yaddaşında, daxili orqanlarında, xüsusən də öd kisəsində ciddi problemlər olub.
O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsilə bağlı ona irəli sürülən ittihamı qeyri-ciddi adlandırıb.
Rüstəmovun sözlərinə görə, hər ay Rusiyadan siyasi məhbusların ailələrinə dəstək olmaq, bəzi fəalları müalicə etmək və digər humanitar məqsədlər üçün azərbaycanlılar arasında toplanan kiçik ianələri göndərib. “Əlbəttə ki, ayda 500-1000 dollar məbləğlə partiyanı maliyyələşdirmək və dəstəkləmək mümkün deyildi”, - Rüstəmov deyib.
Özünü günahsız hesab edən Rüstəmov ümid edib ki, bunu anlayıb onu azadlığa buraxacaqlar.
Lakin ötən ilin payızında amnistiyaya düşmədikdən sonra çarəsiz addım atmaq və müddətsiz aclıq etmək qərarına gəlib.
Rüstəmov hesab edir ki, sonda o, məhz aclıq zamanı güclü ictimai dəstək sayəsində azadlıq əldə edib. Rüstəmov onu müdafiə edən hər kəsə minnətdardır.
O deyib ki, bundan sonra da Azərbaycanda demokratiyanın bərqərarı, xalqın rifahı üçün səy göstərənlərin yanında olacaq.
Eyni zamanda, yaxın günlərdə Rüstəmov 25 ildir ki, yaşadığı Rusiyaya qayıtmaq niyyətindədir.
Digər keçmiş siyasi məhbus, jurnalist Əfqan Sadıqov da qeyd edib ki, bir neçə aylıq aclıqdan sonra hələ tam sağalmayıb.
“8 ay ac qaldım. Qida qəbulundan imtina etdim, məni kateterlə yedirirdilər. Bu, mənə ölməməyə imkan verdi, lakin həzm orqanlarının fəaliyyətini ciddi şəkildə pozdu. Ciddi yaddaş problemlərim var”, - Sadıqov Turan-a deyib.
Əfv sərəncamı 213 nəfərə, o cümlədən həbs cəzası çəkən 168 nəfərə şamil edilib. Onların arasında 20-dən çox siyasi məhbus var. -06B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz