Vəkil prokurorluq və məhkəməni ədalətsizilikdə ittiham edir
“Ehtiyatda və İstefada olan Zabitlər Birlyi”nin (EİZB) rəhbəri Yaşar Cəfərli bu ilin aprelində fiziki zorakılığa məruz qalması ilə bağlı çərşənbə günü RATİ-də mətbuat konfransı keçirib.
Birlik rəhbəri Bakı şəhər hərbi məhkəməsinin cinayət hadisəsilə bağlı çıxardığı qərardan Apellyasiya şikayəti verdiyini və avqusutn 29-da Bakı şəhər Apellyasiya Məhkəməsinin bu məsələni araşdıracağını qeyd edib.
Daha sonra Y.Cəfərli diqqəti aprel ayında baş vermiş cinayət hadisəsinin Bakı şəhər hərbi prokurorluğunda ədalətli araşdırmamasına yönəldib. Y.Cəfərli bu il apelin 2-də axşam saat 21-dən sonra evinin yaxınlığında iki şəxs tərəfindən zorakılığa məruz qalıb. Həmin şəxslərdən biri Y.Cəfərli və yaxınlıqdakı şəxslərin köməyilə saxlanılıb və polisə təhvil verilib. Digər şəxs isə qaça bilib. Y.Cəfərliyə hadisə yerində bu iki şəxsdən əlavə müşahidə aparan daha bir şəxsin olduğunu iddia edir. Y.Cəfərliyə görə, bu hadisə rəhbəri olduğu qurumun hərbiçilərin hüquqlarını müdafiə etməsinə və orduya ictimai nəzarət fəaliyyətinə Müdafiə Nazirliyinin cavabıdır. Onun sözlərinə görə, bu zorakılığı törədən şəxslər nazirliyin kəşfiyyat idarəsinin əməkdaşlarıdır. Hadisə yerində saxlanılan Elxan Hüseynov da adı çəkilən idarənin əməkdaşıdır. Y.Cəfərli hadisə baş verən yerdə olan müşahidə kamerasına düşən digər şəxsin də adı çəkilən idarənin əməkdaşı olduğunu deyir. Y.Cəfərli bu şəxsi övladlarını izləməkdə ittiham edib. Onun qənaətinə görə, bu zorakılıq aktı sıradan bir hadisə deyil, Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində sifarişin nəticəsidir.
Y.Cəfərlinin vəkili Əvəz Temirxan Bakı şəhər prokurorluğu işi ədalətli araşdırmamaqda ittiham edib. İlk gün polisdə saxlanılan E.Hüseynov sərbəst buraxılıb, polisə gətiriləndə üzərində bıçaq olduğu təsdiqlənsə də, prokurorluq bunu araşdırmayıb. Müşahidə kamerasına düşən şəxslərin kimlikləri müəyyən olunmayıb. Hadisəni görən 5 şahid hadisə yerində bir nəfərin yox, iki nəfərin olduğunu təsdiqləsə də, işi aparan müstəntiq bu xüsusata məhəl qoymayıb.
Məhkəmə instansiyasında bunu müstəntiqin nəzərinə çatdıranda müstəntiq zərərçəkən tərəfi müxalifətçi olmaqda ittiham edərək, siyasi bəyanat səsləndirib.
Bakı şəhər hərbi məhkəməsi isə cinayəət hadisəsilə bağlı sübutlar olmasına baxmayaraq, zərərçəkən tərəfin cinayət işi qaldırmasını əsassız sayıb. -05C-
-
- İqtisadiyyat
- 28 Avqust 2013 15:17
-
- İqtisadiyyat
- 28 Avqust 2013 16:23
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz