Руководитель Отдела политики, экономики, прессы и информации представительства Евросоюза в Баку Денис Даниилидис
Vətəndaş cəmiyyətin nümayəndələri Aİ nümayəndələri ilə görüşdü
Bakı/18.09.19/Turan: Sentyabrın 17-də vətəndaş cəmiyyətin nümayəndələri Avropa İttifaqın Bakı Nümayəndəliyinin Siyasi, İqtisadi, Mətbuat və İnformasiya Söbəsinin rəhbəri
Denis Daniilidis və digər əməkdaşları ilə görüş keçiriblər. Bu barədə AzadlıqRadiosuna məlumat verən hüquq müdafiəçi Oqtay Gülalıyevin sözlərinə görə, görüşdə Azərbaycanda insan haqların vəziyyəti, siyasi məhbuslar, qanunsuz həbslər, işgəncələr məsələləri, "Nardaran işi", "Gəncə işi" və "Tərtər işi", həmçinin jurnalist Əfqan Muxtarlının 2017-ci ildə Tiflisdən oğurlanaraq Bakıya gətirilməsi müzakirə olunub. "Biz sənədlər və faktlar təqdim etdik. Qurumun nümayəndələri qaldırdığımız məsələlərə böyük maraq göstərdi və həssaslıqla yanaşdı. Görüşün yekununda qərarlaşdıq ki, belə görüşlər və bu istiqamətdə əməkdaşlığımız davam etsin", - deyə Gülalıyev bildirdi. -0-
-
- Dünyada
- 17 Sentyabr 2019 20:15
-
- İqtisadiyyat
- 18 Sentyabr 2019 09:31
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz