Yeni İl hava proqnozu açıqlanıb
Yeni İl hava proqnozu açıqlanıb
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti 1 yanvar tarixinə olan hava proqnozunu açıqlayıb və ölkə üzrə əsasən yağmursuz hava şəraiti gözlənilir.
Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq, ara-sıra buludluluğun artması gözlənilsə də, yağış yağmayacaq. Səhər saatlarında cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında isə mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Paytaxtda temperaturun gecə 5-7°C, gündüz isə 8-12°C arasında dəyişəcəyi proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu olacaq, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.
Regionlarda da əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntı, bəzi yerlərdə isə duman müşahidə oluna bilər. Mülayim qərb küləyi əsəcək.
Regionlarda temperaturun gecə 1-6°C, gündüz isə 9-14°C arasında dəyişəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə isə gecə temperaturun -1°C-dən -6°C-yə, yüksək dağlıq zonalarda isə -10°C-dən -15°C-yə qədər düşəcəyi, gündüz isə 2-7°C arasında olacağı gözlənilir.
-
- Söz istəyirəm
- 31 Dekabr 2024 16:09
Cəmiyyət
-
"ToplumTV işi" adlandırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittihamının ağırlaşdırıldığı, istintaqın artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Həmin cinayət işinə "Toplum" İnternet Televiziyasının, Demokratik Təşəbbüslər İnstitutunun, habelə III Respublika Platforması təşəbbüsünün bəzi əməkdaş və təmsilçilərinin həbsi daxildir. Müdafiə tərəfinin məlumatina görə, onlara Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi), 192.3.2 ( küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda), 206.4 (mütəşəkkil dəstənin qaçaqmalçılığı) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma ) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Əvvəlki ittihamlarla şəxslərə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
-
Çərşənbə axşamı hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 6+9 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:50
- 309
Rəy yaz