33 yaşlı Kutoyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub
Bakı/12.02.16/Turan-Armİnfo: Ermənistanın prezidentinin fərmanı ilə 33 yaşlı Georgi Kutoyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.
Kutoyan 30 sentyabr 1981-ci il tarixində Yerevanda anadan olub. Rostov Universitetinin hüquq fakültəsini bitirib, hüquq elmləri namizədidir. 2007-ci ildə ABŞ-da Fletçer hüquq məktəbini bitirib.
2005-2006-cı illərdə Ermənistanın Baş Prokurorluğunda, daha sonra Ermənistanın İnsan Hüquqları Müdafiəçisi aparatında işləyib. 2010-2011-ci illərdə özəl vəkillik xidməti ilə məşğul olub. 2011-2016-cı illərdə Ermənistan prezidentinin köməkçisi vəzifəsində çalışıb. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz