İsrail və Türkiyə məxfi diplomatik əlaqələri bərpa ediblər
İyunun 22-də Romada İsrail və Türkiyəli diplomatlrın iki ölkə arasında münaqişənin aradan qaldırılması cəhdlərinə həsr olunmuş məxfi görüşü keçirilib. Söhbət bir ildən çox müddət sonra ilk belə görüşdən gedir, xəbəri İzrus saytı yayıb.
XİN baş direktoru Dori Qold – baş nazir Binyamin Netaniyaqunun etibarlı şəxslərindən biri Romaya gedib, Türkiyəni isə “İsrail məsələsinin kuratoru”, xarici işlər nazirinin birinci müavini Feridun Sinirlioğlu təmsil edib.
2010-cu ildə Türkiyə və İsrailin pis münasibətləri Türkiyənin “Mavi Marmara” gəmisinin Qəzzə bölgəsində dəniz blokadasını yarmağa çalışmasından sonra kəskin münaqişə formasına keçib. Gəmi ələ keçirilərkən İsrail xüsusi təyinatlıları 9 Türkiyə vətəndaşını öldürüb.
Gəminin daha 30 sərnişini və 10 İsrail hərbiçisi yaralanıb.
2013-cü ildə İsrail Amerika rəhbərliyinin israrı ilə bu hadisəyə görə üzr istəyib. Amma Türkiyə tərəfi həlak olanların ailələrinə təzminat ödənilməsində israr edir, baxmayaraq ki, onlar soyuq silahla İsrail hərbiçilərinə hücum ediblər.
İndiyədək, bu mövzudakı nəşrlərə əsasən, israil müəyyən “aralıq” varianta: həlak olan “fəalların” qohumlarına maliyyə dəstəyi üçün humanitar fond yaradılmasına razılıq ifadə edirdi. İsrail həmçinin “Mavi Marmara” gəmisindəki hadisəyə görə İsrail vətəndaşlarının məhkəmə təqibinə xitam verilməsinə çalışırdı. -02D-
-
- Siyasət
- 23 İyun 2015 19:42
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz