Malala Yusufay - Nobel mükafatının laureatı
2014-cü il Nobel sülh mükafatının laureatı Pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay və uşaqların hüquqları uğrunda mübarizə aparan Hindistanlı Kaylaş Satyarti olub.
2009-cu ilin əvvəllərində 11 yaşında ikən BBC üçün bloq yazmağa başladıqdan sonra Pakistanlı Malala Yusufzayın adı dünyada məşhurlaşıb. O, bloqda talib rejiminin idarəetməsi dövründə öz həyatı və qızlar üçün təhsilin inkişafını baxışları haqqında ətraflı danışırdı.
9 oktyabr 2012-ci ildə Yusufzay Tehrik-i-Taliban Pakistan terror hərəkatının döyüşçüləri tərəfindən ağır yaralanıb. Onlar evə qayıdan məktəblilərin olduğu avtobusu saxlayaraq, Malalanın kim olduğunu öyrəniblər, daha sonra banditlərdən biri qıza atəş açıb. Güllə başından keçib, məktəbli komaya düşüb, onun sağalması şansı çox az idi, lakin həkimlər onun həyatnı xilas etməyə müvəffəq olub.
2013-cü ildə Malala Yusufzay Anna Politkovskaya adına mükafatı və Saxarov adına mükafatı alıb. 16 yaşı tamam olan gün, 2014-cü il iyulun 12-də Malala Yusufzay BMT-nin Nyu-Yorkdakı qərargah-mənzilində çıxış edib. -02D-
-
- İqtisadiyyat
- 10 Oktyabr 2014 15:51
-
- Cəmiyyət
- 10 Oktyabr 2014 17:13
Dünyada
-
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı yaxın günlərdə və ya həftələrdə baş tuta bilər. Bu barədə Trampın milli təhlükəsizlik üzrə müşavir postuna namizəd göstərdiyi konqresmen Mayk Volts çərşənbə günü ABC News-a açıqlama verib.
-
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) cümə axşamı yeni xəbərdarlıq yayıb. Bu xəbərdarlıqda qeyri-avropalı hava daşıyıcılarına Rusiyanın qərb hissəsinin hava məkanında uçuşlardan çəkinmək tövsiyə olunur, çünki bu ərazidə onun hava hücumundan müdafiə sistemlərinin təsadüfi atəş riski mövcuddur.
-
NATO-nun cənub və Afrika ölkələrinə daha çox diqqət yetirməsi lazımdır, bunu İtaliyanın baş naziri cümə axşamı mətbuat konfransında deyib və Rusiyanın Suriyadakı müttəfiqlərinin süqutundan sonra Liviyanın şərqindəki mövcudluğunu artıra biləcəyinə işarə edi.
-
Gələn ay keçiriləcək seçkilərdə kansler olmağa hazırlaşan alman müxalifət lideri Fridrix Merz deyib ki, Almaniya müdafiəyə daha çox pul xərcləyəcək, lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın tələb etdiyi NATO-nun müdafiə xərcləri ilə bağlı hədəflərə can atmayacaq.
Каковы месседжи из последнего интервью Ильхама Алиева и кому они адресованы? - беседа с Аркадием Дубновым
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 88
Rəy yaz