MHP lideri baş nazir Ərdoğanı sərt tənqid edib
Türkiyədə müxalifətdə olan Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli baş nazir Ərdoğanı ermənilərə başsağlığı verməsinə görə ciddi tənqid edib.
3 may Millətçilər Günü ilə bağlı gənclər qurultayında çıxış edən D.Bahçeli 1915-ci il “erməni soyqırımı”na görə rəsmi Ankaranın ermənilərdən üzr istəməsinə etiraz edib.
“Bizi bölmək istəyirlər. Küsüb ayrılmağımız üçün tələ qururlar. Bir qrup quldur əsgərlərimizin içinə qarışaraq psixoloji üstünlük əldə etmək istəyir. Türklüyə sui-qəsd hazırlayırlar, milli etimada fitnə salmaq istəyirlər. Erməni diasporuna, yüz minlərlə müsəlman-türkü qətlə yetirən şərəfsizlərə təziyə göstərir, üzr istəyirlər.
Etiraz edirəm. Coğrafiyamız müzakirə edilirsə millətimiz, millətimiz müzakirə edilirsə dövlətimiz, dövlətimiz müzakirə edilirsə bayrağımız, bayrağımız müzakirə edlirsə varlığımız və müstəqilliyimizi oda atacaqlar. Bu nə fantaziya, bu nə paranoyadır”, - MHP lideri rəsmi Ankaranı tənqid atəşinə tutub.-05D-
-
- Cəmiyyət
- 5 May 2014 12:02
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz