Türkiyədə hökumət əleyhinə etiraz aksiyaları başlayıb
Türkiyə xəbər saytları ölkədə mövcud hökumət əleyhinə etiraz aksiyalarının başlaması və polisin aksiyalara müdaxiləsi haqda xəbərlər yayıb.
Aksiyaların başlamasına səbəb baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanla 17 dekabr “böyük rüşvət və korrupsiya əməliyyatı” ilə bağlı evdəki pulların başqa yerə daşınmasına dair danışıqlarının yayılması göstərilir.
Aksiyalar 12 vilayəti əhatə edib. Aksiyalar “Hökumətə istefa!”, “Oğurluq hara qədər!? Oğurluq bura qədər!!” şüarları altında keçirilib.
Bundan əlavə, Türkiyə Baş Prokuroluğu baş nazir ilə oğlunun arasındakı telefon danışığı barədə araşdırma başlayıb, nəticələr barədə hələ ki açqılama yoxdur.
Amma bu səs qeydlərinin ABŞ-ın aparıcı səs qeydəalınma mərkəzlərində yoxlamadan keçdiyi və montaj olması haqda rəy verildiyi də bildirilir. Türkiyənin iki yerli səs eksperti isə öz araşdırmalarında bu səs qeydlərinin montaj olmaması haqda Türkiyə KİV-lərinə bu günlərdə açıqlamalar vermişdilər.
Bu səs qeydlərilə bağlı fövqəladə toplantılar keçirən Türkiyənin aparıcı müxalifət partiyaları bu hadisədən sonra mövcud iqtidarı legitim saymadıqlarını bəyan etmişdilər.-05D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz