cnnturk.com
Türkiyənin keçmiş prokurorları Ermənistana qaçıblar?
Yerevan/11.08.15/Turan-Armİnfo: Türkiyənin keçmiş prokurorları Zekeriye Öz və Cəlal Kara Ermənistana qaçıblar. Onlar hökuməti devirmək məqsədilə cinayətkar qruplaşmaların yaradılmasında ittiham olunurlar.
Anadolu agentliyi Türkiyənin Artvin əyalətinin qubernatoru Kemal Ciritə isnadla bildirib ki, ötən gün Z.Öz və C.Kara Gürcüstan ərazisilə Ermənistana qaçıblar və hazırda oradadırlar.
Qeyd edək ki, Z.Öz və C.Kara 2013-cü ilin dekabrında Türkiyədə Ərdoğan hökumətinin üzvləri və oğlunun çoxmilyonlu vəsaitinin yuyulması ilə bağlı iri korrupsiya qalmaqalını araşdırıblar.
Erməni tərəfi hələlik bununla bağlı rəsmi şərh verməyib.-02D-
-
- İqtisadiyyat
- 11 Avqust 2015 16:15
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz