Ukrayna hakimiyyəti iğtişaş iştirakçılarına ultimatun verib
Ukraynanın güc strukturları Kiyevin mərkəzində iğtişaşların iştirakçıalrına ultimatum veriblər. DİN və Ukrayna Təhlükəsizlik Xidməti rəhbərliklərinin bəyanatına görə, müxalifət liderləri etirazçıları sakitləşdirməli, silahlı qarşıdurmanı yatırmalı və danışıqlar masası arxasına qayıtmalıdır.
“Müxalifətdəki qızğın məsuliyyətsiz başlara xəbərdarlıq edirik – hakimiyyət qayda-qanun yaratmaq üçün qüvvəsi var. Əgər iğtişaslar davam edərsə biz daha sərt tədbirlərə əl atmalı olacağıq”, - məlumatda deyilir.
Saat 18:00-dək ölkədə özbaşınalığa son qoyulmasa güc qurumları “qanunla nəzərdə tutulmuş qaydada nizam-intizam yaratmalı olacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən axşam Kiyevdə toqquşmalar zamanı 25-dək adam ölüb.
Bu gü Maydan fəalları ölkə hakimiyyətinin məhdudlaşdırdığı 2004-cü il konstitusiyanın geri qaytarılması tələbilə Ali Radaya hücuma başlayıblar.
Güc qurumları binaya girəcəyi əhatəyə alıblar. Atışma başlayıb, hər iki tərəfdə yaralılar var.
Ukraynanın regionlarından müxalifətçilərin dövlət müəssisələrini tutması və polislə qarşıdurma barədə məlumatlar daxil olur.
Müxalifət liderlərindən biri Kliçko bildirib ki, dünənki hadisələrdən sonra Yanukoviç dövlət başçısı postunda qala bilməz və getməlidir.
Öz növbəsində Yanukoviç ultimatuma məhəl qoymadığına işarə edib. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz