MARINA LYSTSEVA/TASS | Крушение потерпел частный самолет Embraer Legacy 600 (архивное фото)
Rusiyada Tver vilayətinin Boloqovsk rayonunda Embraer Legacy tipli təyyarə qəzaya uğrayıb. Bu məlumatı Rusiya FHN-ə istinadla RBK agentliyi verib.
Baza teleqram kanalının məlumatına görə qəzaya uğramış Embraer ERG 135 və bort nömrəsi RA-02795 olan təyyarə Vaqner özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinə məxsusdur. Kanal xəbər verir ki, təyyarə Moskvadan Sankt Peterburqa uçurdu. Təyyarədə 3 nəfər heyət üzvü də daxil 10 nəfər olub. İlkin məlumata görə onların hamısı həlak olub.
Rusiyanın TASS dövlət xəbər agentliyi Rosaviasiya dövlət qurumuna istinadla sərnişinlərin siyahısında Yevgeni Priqojinin olduğunu bildirir. Amma onun təyyarədə olub-olmadığı dəqiq məlum deyil.
Mash teleqram kanalı yazır ki, qəzanın ilkin versiyalarından biri də terror aktıdır. Kanalın məlumatına görə hazırda bu versiyanı xüsusi xidmətlər araşdırır.
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz