Qanunvericiliyində “xüsusi karantin rejimi” deyə bir anlayış yoxdur
İnsan Hüquqları
-
Noyabrın 11-dən Bakıda start götürən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası davam edir. Konfran ayın 22-dək davam edəcək. Bu ərəfədə Beynəlxalq təşkilatlardan AZərbaycana insan haqları ilə bağlı çağırışlar davam edir.
-
Ermənistanın təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş məcburi köçkünlərin təmin olunmalı fundamental hüquqlarından biri də mənzil hüququdur. Mənzil hüququ konstitusiya ilə Azərbaycan vətəndaşlarına verilmiş hüquqdur və və elə bu əsas sənədə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.[1] Konstitusiya ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq hüququna da təminat verir. Ancaq Qarabağdan məcburən köçürülmüş vətəndaşlara münasibətdə vəziyyət fərqlidir. Qarabağ torpaqları erməni işğalından azad edildikdən sonra, birinci növbədə, ölkə qanunvericiliyinə müvafiq olaraq vaxtilə o ərazilərdə məskunlaşmış şəxslərin (vəfat etmişsə, onların varislərinin) mənzil (yaşayış evi) hüquqları tanınmalı idi. Ancaq çox təəssüf ki, bu baş vermədi.
-
Ermənistan işğalından azad edilmiş Qarabağ torpaqlarının məskunlaşdırılması prosesində məcburi köçkünlərin mülkiyyət hüquqlarının qorunması ən aktual məsələlərdəndir. Söhbət təxminən 190 min ailənin (715 min nəfərin) ölkə konstitusiyasında təsbit olunmuş, istisnasız bütün dünyada əsas insan hüququ kimi qiymətləndirilən mülkiyyət hüquqlarınn təmin olunub-olunmamasından gedir. Məcburi köçkünlərin mülkiyyət hüquqları onların daşınmaz əmlak - ev, mənzil və torpaq üzərindəki hüquqlarıdır.
-
Azərbaycan siyasi müxalifət nümayəndələri, təqib olunaraq istintaq təcridxanalarına və digər məhkumluq yerlərinə salınaraq, sonuncu etiraz vasitəsi kimi aclıq aksiyasına əl atırlar. Əksər hallarda həbsxana rəhbərliyi məhkumun aclıq aksiyası keçirdiyindən xəbərsiz olduqlarını bildirir; daha nadir hallarda isə, aclıq keçirən məhkum ölümlə üz-üzə gəldikdə, onu tibbi hissəyə köçürürlər. Bu kontekstdə yaxınlarda unikal bir hadisə baş verdi — Bakıdakı 1 saylı Təcridxananın rəisi artıq 50 gündən çox aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Famil Xəlilovu nümunəvi davranışına görə mükafatlandırdı.
Rəy yaz