№10 platformada infrastruktur bərpa edilir
Ötən cümə günü yanğın baş verən “Günəşli” yatağındakı №10 platformada elektrik enerjisi və rabitə bərpa edilir, deyə SOCAR mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.
""Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları bu gün də davam etdirilib, amma təəssüf ki, axtarış işləri saat 20:00-a olan vəziyyətə görə heç bir nəticə verməyib. Küləyin sürəti nəzərə alınaraq, hava şəraitinin imkan verdiyi dərəcədə axtarışlar davam etdiriləcək”, deyə o bildirib.
Onun sözlərinə görə, hazırda platformada elektrik enerjisinin və rabitənin bərpası istiqamətində də işlər davam edir.
Quliyev əlavə edib ki, infrastrukturun bərpası işlərinə xarici mütəxəssislər də cəlb edilib. İstisna olunmur ki, onlar qaz quyusunda yanğının söndürülməsinə cəlb edilsin. –12D--
-
- İqtisadiyyat
- 9 Dekabr 2015 14:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz