SOCAR NEZ-də yeni bitum qurğusunun tikintisi üçün meydançanın hazırlanmasına başlayıb
SOCAR H. Əliyev adına Neft Emalı Zavodunda (BNEZ) yeni bitum qurğusunun tikintisi üçün meydançanın hazırlanmasına başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
"Bitum istehsalı qurğusunun inşası üçün tikintisi yarımçıq saxlanılmış “kükürd qurğusu”nun ərazisində müvafiq yer ayrılıb. Ərazidə olan tikililər sökülüb, metal qırıntıları daşınıb çıxarılıb”, - deyə məlumatda vurğulanır.
Şirkətdən verilən məlumata görə, çoxsaylı kran, buldozer və digər maşın-mexanizmlər vasitəsi ilə ərazi tullantılardan təmizlənib, torpaq-qazma işləri aparılıb.
SOCAR 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusunun istismara verilməsini planlaşdırır. Layihə Avstriyanın “Pörner GmbH” şirkəti ilə birgə reallaşdırılacaq. Yeni bitum qurğusunun tikintisi yüksək keyfiyyətli bitum istehsal etməyə imkan verəcək.
Yeni bitum qurğusunun tikinti layihəsinin podratçısı və idarəedicisi rolunda Amerikanın “Fluor Limited” şirkəti çıxış edir.—12D--
-
- İqtisadiyyat
- 9 Dekabr 2015 14:42
-
- İqtisadiyyat
- 9 Dekabr 2015 14:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz