11 ildə Neft Fondundan dövlət büdcəsinə 50 mlrd manat köçürülüb
2003-cü ilin yanvarından 1 iyul 2014-cü ilə kimi Neft Fondundan dövlət büdcəsinə transfert həcmi 51 mlrd 318,8 mln manat.
ARDNF-nin məlumatında (http://www.oilfund.az/az_AZ/hesabatlar-ve-statistika/son-reqemler.asp) vacib rəqəmlər var. Belə ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 1 mlrd 635 mln manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1 mlrd 80,4 mln manat ayrılıb.
Bundan başqa, Oğuz-Qəbələ su kəmərinə 779,6 mln manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 386,7 mln manat ayrılıb.
Türkiyədə “Star” NEZ-in maliyyələşməsinə 372,6 mln manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 93 mln manat, "Cənub qaz dəhlizi" QSC-də dövlətin payının maliyyələşməsinə 40 mln manat ayrılıb.
* Azərbaycan Dövlət Neft Fondu 29 dekabr 1999-cu ildə yaradılıb. PSA sazişlər üzrə dövlətin bütün mənfəəti (ARDNŞ nəzərə alınmadan) bu Fonda yığılır. –17D—
-
- Cəmiyyət
- 21 Avqust 2014 15:12
-
- İqtisadiyyat
- 21 Avqust 2014 15:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz