110 kənd bələdiyyəsi birləşdirilib
“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun, həmçinin "Bələdiyyələrin ərazisi və torpağı haqqında" qanunda bələdiyyə siyahılarına əlavələr təsdiq edilib. Prezidentin saytında qeyd edilir ki, sərəncam dünən imzalanıb.
Milli Məclisin 30 mayda qəbul etdiyi sənədə əsasən, ölkədə 110bələdiyyə ləğv edilib. O vaxt MM-in regional məsələlər komitəsinin sədri Arif Həhimzadə bəyan etmişdi ki, 21 rayonda 204 bələdiyyə 94 yeni təşkilatda birləşdirilir. Səbəb kimi onların səmərəsizliyi və zəif maddi-texniki bazası göstərilib.
Qeyd edək ki, Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakəndə 2, Füzulidə 3, Goranboy, Quba, Şəmkir, Tərtərdə 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Ağdaşda 15, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.
Bələdiyyələrin fəaliyyətsizliyinin əsas səbəbi budur ki, onlar icra hakimiyyətinə hüquqsuz əlavədir. 2013-cü ildə hökumət mindən çox bələdiyyəyə büdcədən cəmi 5 mln manat ($6,4 mln) ayırıb. --17D—
-
- Siyasət
- 15 İyul 2014 13:54
-
- İqtisadiyyat
- 15 İyul 2014 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz