12 dekabrda Beynəlxalq Bankın son səhm emissiyası yerləşdirilməyə başlayacaq
Azərbaycan Beynəlxalq Bankı 12 dekabrda nominalı 0,26 manat olan 769 230 775 adi sənədli adlı səhmin yerləşdirilməsinə başlayacaq, - Bakı Fond Birjasında məlumat verir.
Səhm buraxılışı birjanın qeyri-kotirovka vərəqinə daxil edilib. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif metodu ilə olacaq. Anderrayter "İnternational Transaction System" MMC-dir.
Yeni səhmlər tam yerləşdirilsə, bankın nizamnamə kapitalı 54.3% artaraq 568,3 mln manata çatacaq.
Hökumət Maliyyə Nazirliyinin şəxsində bankda 50,2% paya malikdir. Ondan başqa kimsə bankda 10%-dən artıq səhmə malik deyil. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz